速報APP / 生活品味 / Azərbaycan Tələbə Kartı

Azərbaycan Tələbə Kartı

價格:免費

更新日期:2018-03-12

檔案大小:16M

目前版本:1.0.4

版本需求:Android 4.1 以上版本

官方網站:http://weebgeek.com

Email:xeyalmamedov@gmail.com

聯絡地址:28 May str. 9, 13, Baku, Azerbaijan, AZ1000

Azərbaycan Tələbə Kartı(圖1)-速報App

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı təsdiq edilmişdir. Dövlət Proqramının 6.7.1. bəndində təhsil alan gənclərə sosial dəstəyin artırılması məqsədi ilə “Azərbaycan Tələbə Kartı”nın tətbiq edilməsi və gənclərin beynəlxalq güzəştli kartlar sisteminə qoşulması nəzərdə tutulmuşdur.

Azərbaycan Tələbə Kartı(圖2)-速報App

Bununla əlaqədar olaraq Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı “Azərbaycan Tələbə Kartı”nın Avropa Gənclər kartı ilə birgə buraxılması və kartların tələbələrə dövlət hesabına təmənnasız verilməsi təşəbbüsü irəli sürülmüşdür. Təşəbbüs Gənclər və İdman və Təhsil Nazirlikləri tərəfindən dəstəklənmişdir.

Azərbaycan Tələbə Kartı(圖3)-速報App

Azərbaycan gənc kart vasitəsilə gənclərin mobilliyi haqqında razılaşmaya 2012-ci ilin mart ayında qoşulmuşdur və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı Avropa Gənclər Kartını təmsil edir. Azərbaycan Tələbə Kartının Avropa Gənclər kartı ilə birgə buraxılması Azərbaycan tələbələri üçün ölkə ərazisində, eləcə də Avropanın 30-dan çox ölkəsində 80.000-dən artıq ictimai iaşə obyektlərindən, kafe və restoranlardan, otellərdən, internet klublardan və s.dən güzəştlərlə istifadə etmək imkanını verir.

Developed by weebgeek.com