價格:免費
更新日期:2017-03-12
檔案大小:34.3 MB
目前版本:1.0.1
版本需求:需要 iOS 9.0 或以上版本。與 iPhone、iPad 及 iPod touch 相容。
支援語言:英語
QAYDALAR
Oyun ərzində oyunçu Mərkəzi Bankın sədrinin səlahiyyətlərini yerinə yetirir. Qanunvericiliyə əsasən Mərkəzi Bankın sədri 5 il müddətinə təyin olunur. Bu 5 il oyunda 20 addımla təsvir olunur. Hər bir addım bir kvartal – 3 aydan ibarətdir.
Oyunda 3 göstəricidən istifadə olunur: uçot faiz dərəcəsi, inflyasiya, iqtisadi artım. Oyun başlayan zaman ilkin olaraq uçot faiz dərəcəsi 6, inflyasiyanın səviyyəsi 7, iqtisadi artımın tempi isə 8 rəqəmi ilə göstərilir.
Göstəricilərdən yalnız uçot faiz dərəcəsini idarə etmək mümkündür. Digər göstəricilər isə uçot faiz dərəcəsini artırıb azaltmaqla tənzimlənir.
Oyun ərzində 3 cür şokun baş verməsi ehtimalı var: neft qiymətlərinin, idxal qiymətlərinin və dövlət xərclərinin kəskin artıb azalması. Bu şoklar oyunçudan asılı deyil və təsadüfi xarakter daşıyır. Oyunçunun məqsədi səlahiyyət dövrünün sonunda məqbul iqtisadi artım tempini (5%-dən yuxarı) dəstəkləyən inflyasiya səviyyəsini 5.5-8.5% intervalında saxlamaqdır. Başqa sözlə, 20 addımın sonunda Sizin uçot faiz dərəcəsi ilə tənzimlədiyiniz inflyasiyanın səviyyəsi və iqtisadi artımın həcmi göstərilən intervalı arasında olarsa, növbəti 5 illik səlahiyyət müddətinə yenidən sədr təyin olunacaqsınız. Əks halda Siz vəzifədən azad olunacaqsınız.
支援平台:iPhone, iPad