Teorem

價格:免費

檔案大小:2 MB

版本需求:需要 iOS 8.1 或以上版本。與 iPhone、iPad 及 iPod touch 相容。

支援語言:英語

Teorem(圖1)-速報App

TEOREM mobil tətbiqi

Bu mobil tətbiq Test və Onlayn Repetitor Mərkəzinin – TEOREM.az-ın veb versiyasından mobil avadanlıqlarda daha effektiv istifadə məqsədilə hazırlanıb.

Mobil tətbiq Onlayn Sınaq Sistemindən, Onlayn Repetitor Sistemindən, Kurs/Məktəb Sistemindən və Dinamika bölməsindən ibarətdir.

Teorem(圖2)-速報App


Onlayn Sınaq Bölməsində istənilən an müxtəlif növ (orta məktəb, abituriyent, buraxılış, magistratura, dövlət qulluğu, müəllimlərin diaqnostik qiymətləndirməsi və işə qəbulu və s.) imtahanlar verə və biliyinizi qiymətləndirə bilərsiniz.


İmtahanlar TEOREM-in test bazasından generasiya olunduğundan hər bir imtahan sualları fərqlidir.


Bu sistem orta məktəbin istənilən sinfinin istənilən fənninin istənilən mövzusu üzrə müxtəlif növ imtahanlar (KSQ, BSQ, mövzular üzrə, fəsillər üzrə və s) generasiya etməyə imkan verir. Onlayn Repetitor bölməsində Repetitor xidməti üçün gərəkli olan bütün imkanlar bu platformada nəzərdə tutulub. 


Teorem(圖3)-速報App

Mobil tətbiqin Kurs Sınaq bölməsindən istifadə edən hazırlıq mərkəzləri TEOREM-in test bazasından istifadə etməklə oflayn sınaq imtahanları təşkil edə bilərlər.

Kurslar öz seçimlərinə uyğun olaraq istənilən imtahan növü üzrə, istənilən çətinlik dərəcəsi üzrə və müxtəlif variantlar üzrə imtahan kitabçalarını generasiya edə və çap edə bilərlər.

Oflayn formada təşkil olunan bu tip imtahan nəticələrini də onlayn olaraq öyrənmək mümükündür.


Teorem(圖4)-速報App

Dinamika bölməsində əvvəlki illərdə keçirilən müxtəlif auditoriyalar üzrə imtahanlar və sınaqlar yerləşdirilib.

TEOREM-in test bazasında hazırda 100 000 –dək test tapşırığı var.

Teorem(圖5)-速報App

支援平台:iPhone, iPad