價格:免費
更新日期:2017-12-25
檔案大小:2.9M
目前版本:1.2
版本需求:Android 4.4 以上版本
官方網站:http://es.com.az
Email:es@es.com.az
Müxtəlif xəstəliklər səbəbindən ölüm və xəstələnmə hallarının profilaktikası məqsədi ilə geniş əhali və xüsusilə də gənclər arasında maarifləndirmənin aparılması məqsədi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılmış www.saglamliq.isim.az internet portalına əsaslanan mobil əlavədə “Mənim Sağlamlığım” və “Mənim Reproduktiv Sağlamlığım” bölmələri mövcuddur.
“Mənim Sağlamlığım” bölməsinə daxil olaraq, ümumi sağlamlıq durumunuzu qiymətləndirməklə sağlamlıq üçün risk faktorlarını müəyyənləşdirə və onların aradan qaldırılması, profilaktikası üçün dəyərli məsləhətlər əldə edə biləcəksiz.
Həmçinin məlumdur ki, reproduktiv sağlamlığın qorunmasında geniş əhali və xüsusilə də gələcək valideynlər arasında maarifləndirmənin aparılması çox önəmlidir. Bunun üçün “Mənim Reproduktiv Sağlamlığım” bölməsində tibb elminin ən son məlumatları əsasında geniş əhalinin asan başa düşə biləcəyi dildə reproduktiv sağlamlıq durumunun giymətləndirilməsi və əldə olunan nəticələr əsasında məsləhətlər verilir.